"Sumqayıt"da daha bir müqavilə

"Sumqayıt"da daha bir müqavilə

"Sumqayıt" Bəxtiyar Həsənalızadə ilə müqavilə müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi daha 1 il "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.

O, Vurğun Hüseynov və Rail Məlikovun ardından yeni anlaşmaya qol çəkən üçüncü müdafiəçi olub.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 2011-ci ildən komandada olan müdafiəçi ümumilikdə 117 oyunda forma geyinib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər