"Sumqayıt" yeni transferlərlə məşqə çıxdı

"Sumqayıt" yeni transferlərlə məşqə çıxdı
"Sumqayıt" istirahəti başa vurub. Fanat.az xəbər verir ki, komanda Premyer Liqanın 2015/16 mövsümü üçün hazırlığa start verib. 
"Kapital Bank Arena"da baş tutan ilk məşq günündə yeni transferlər - Ağabala Ramazanov, Emin Mehtiyev, Nuran Qurbanov və Məhəmməd Alıyev də iştirak edib. Komandamızın növbəti məşqi bu gün saat 19.00-da start götürəcək. "Sumqayıt" FK iyulun 15-dən etibarən təlim-məşq toplanışına yığışacaq.
Qeyd edək ki, "Sumqayıt" hazırlığın ilkin mərhələsi dövründə 3 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 5-də "Kəpəz", 9-da U-19 millisi və 11-də AZAL-la üz-üzə gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər