"Sumqayıt" toplanışı məğlubiyyətlə bitirdi

"Sumqayıt" toplanışı məğlubiyyətlə bitirdi

"Sumqayıt”ın əvəzediciləri çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını başa vurub. 

Fanat.Az xəbər verir ki, komanda hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. "Kapital Bank Arena"da "Zirə"nin əvəzediciləri ilə qarşılaşan sumqayıtlılar məğlubiyyətə uğrayıb - 1:2. Komandanın yeganə qolunu Fərid Kərimzadə vurub.

Xatırladaq ki, bundan öncə "Sumqayıt" "Şahdağ" və "İnter"in əvəzediciləri ilə yoxlama oyunu keçirmişdi və hər iki oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Qeyd edək ki, "gənclik şəhəri"nin təmsilçisi 2 günlük isirahətin ardından, konkretləşdirsək sabahdan etibarən "Qəbələ" ilə oyunun hazırlığına başlayacaq.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər