"Sumqayıt" son oyunu da uduzdu

"Sumqayıt" son oyunu da uduzdu

 “Sumqayıt” Türkiyə toplanışında 3-cü və sonuncu yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, Samir Abasovun komandası Qazaxıstan “Atırau”suyla üz-üzə gəlib.

 

Oyunun 33-cü dəqiqəsində Məhəmməd Qurbanov penaltidən fərqlənsə də, qazaxlar 2 top vuraraq sınaq qarşılaşmasını qalib bitirib.

 

Daha öncə Abasovun yetirmələri “Şkenderbeu”ya (Albaniya) 1:3, Özbəkistan “Nasaf”ına 0:1 hesabıyla uduzmuşdu.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər