"Sumqayıt" iki ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Aqil Məmmədov Məhəmməd Qurbanovla Aleksandr Çertoqanovun хidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. "Neftçi" ilə oyunun 32-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Aleksandr Çertoqanov sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 8-ci "sarı"sını alan millimizin sabiq üzvü XXXIII turun "Qəbələ" ilə oyununu buraхacaq. Komandanın kapitanı bu mövsüm "Neftçi" ilə 3, "Qəbələ" ilə 2 oyunda, həmçinin "Xəzər Lənkəran", "İnter" və AZAL-la görüşlərdə sarı vərəqə alıb.
Məhəmməd Qurbanov isə "Neftçi" ilə matçın 90-cı dəqiqəsində fitdən sonra topa zərbə vurduğu üçün cəzalanaraq sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə 4-cü "sarı"sı olub. Qurbanov bundan əvvəl "Bakı", "Qəbələ" və AZAL-la görüşlərdə cəzalanmışdı.
Qeyd edək ki, Məhəmməd "Sumqayıt"ın bombardiridi. O, komandasının keçirdiyi 28 oyunun hamısında iştirak edərək (2321 dəqiqə) 10 qol vurub. Qurbanov bu göstərici isə Premyer Liqanın bombardirlər yarışında 5-ci pilləni tutur.
Fanat.az