​"Sumqayıt" Ramaldanovun müqavilə müddətini açıqladı

​"Sumqayıt" Ramaldanovun müqavilə müddətini açıqladı
"Sumqayıt" müdafiəçi Rasim Ramaldanovla 6 aylıq müqavilə imzalayıb. Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.
Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi mövsüm sonunadək özünü yaxşı tərəfdən göstərsə, müddət artırıla bilər. C.Sultanov bununla da "Sumqayıt"ın qış transferlərini yekunlaşdırdığını deyib.
Qeyd edək ki, Rasim Ramaldanov 2008-2013-cü illərdə "Simurq"da, 2013-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib. 30 yaşlı müdafiəçi milli komandada 17 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər