"Sumqayıt" Qurbanovu "Neftçi"yə satdı, Mehdiyevi aldı

"Sumqayıt" Qurbanovu "Neftçi"yə satdı, Mehdiyevi aldı
"Sumqayıt"la "Neftçi" transfer mübadiləsi edib. Fanat.az хəbər verir ki, paytaхt və gənclik şəhəri təmsilçiləri Məhəmməd Qurbanovla Emin Mehdiyevi dəyişib.
"Sumqayıt"ın yaydığı rəsmi məlumatda bildirilib ki, klub Məhəmməd Qurbanovu "Neftçi" satıb. "Ağ-qaralar" bunun qarşılığında müəyyən məbləğdə vəsait və Emin Mehdiyevi "Sumqayıt"a verib. Gənclik şəhəri təmsilçisi Eminlə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Qurbanov başa çatan mövsümdə Premyer Liqada 13 qol atıb və bombardirlər yarışında 3-cü olub. O, indiyədək ölkəmizdə 43 oyun keçirib və 18 qol vurub. 23 yaşlı hücumçu milli komandamızın oyununda 2 oyun keçirib.
Mehdiyev "Neftçi"nin yetirməsidi. O, indiyədık "ağ-qaralar"ın heyətində 67 oyun keçirib və 1 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər