"Sumqayıt" "Zirə" ilə oyunun hazırlığına başladı

"Sumqayıt" "Zirə" ilə oyunun hazırlığına başladı
Premyer Liqanın növbəti turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" bir günlük istirahətin ardından yenidən məşqlərini bərpa edib. 
Fanat.az xəbər verir ki, bu gün "Kapitan Bank Arena"da səhər məşqinə çıxan komanda daha çox toplu çalışmalara üstünlük verib. Zədəli olduğu üçün müdafiəçi Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənib. 
Qeyd edək ki, "Sumqayıt" oyunöncəsi sabah doğma arenada son məşqinə çıxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər