"Sumqayıt" "Xəzər Lənkəran" üçün başladı

"Sumqayıt" "Xəzər Lənkəran" üçün başladı
Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"la heç-heçə edən (0:0) "Sumqayıt" 2-ci turda qarşılaşacağı "Xəzər Lənkəran"la oyunun hazırlığına start verib. Fanat.az xəbər verir ki, dünən "Kapital Bank Arena"da baş tutan axşam məşqində komanda həm fiziki, həm də toplu çalışmalara yer verib.
"Rəvan"la görüşdə zədələnən qapıçı Şahrudin Məhəmmədəliyev artıq sağalaraq kollektivə qoşulub. Pərdis Fərcad-Azad isə fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu avqustun 16-da saat 21.00-da "Kapital bank Arena"da keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər