Topaz Premyer Liqasının III dövrəsinə "İnter"lə heç-heçə (0:0) ilə başlayan "Sumqayıt" 20-ci turda istirahət edəcək. Fanat.az xəbər verir ki, bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.
Belə ki, "Sumqayıt" bu gün "Rəvan"la qarşılaşıb. "Bayıl Arena"da keçirilən oyunda gənclik şəhəri təmsilçisi 6:3 hesablı qələbə qazanıb. "Sumqayıt"ın qollarına Murad Ağayev, Orxan Əliyev, Nodar Məmmədov, Aleksandr Çertoqanov və Budaq Nəsirov imza atıb. Daha bir qolu isə bakılıların oyunçusu öz qapıısna vurub.
Fanat.az