"Sumqayıt" 2015/16 mövsümünün hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 4-də "Kəpəz"ə qarşı keçirməli idi. Fanat.az xəbər verir ki, lakin qarşılıqlı razılıq əsasında həmin görüş bir gün sonra iyulun 5-nə keçiriləcək. Görüş saat 18.00-da "Dalğa Arena"da baş tutacaq.
Aqil Məmmədovun komandası 2-ci yoxlama oyununu iyulun 9-da 19 yaşadək futbolçulardan ibarət milli komandamıza qarşı keçirəcək. Həmin qarşılaşma saat 18.00-da "Kapital Bank Arena"da baş tutacaq.
"Sumqayıt" 3-cü yoxlama oyununda iyulun 11-də AZAL-la üz-üzə gələcək. Həmin görüş "Kapital Bank Arena"da saat 19.00-da start götürəcək.
Fanat.az