"Sumqayıt" "Ağsu"nu uddu - FOTOLAR

"Sumqayıt" "Ağsu"nu uddu - FOTOLAR

Premyer Liqanın 2015/16 mövsümünə hazırlaşan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi I divizionda çıxış edən "Ağsu" ilə qarşılaşıb. 

Oyun "Kapital Bank Arena"da baş tutub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" 2:1 hesabı ilə qələbə qazanıb. Premyer Liqa klubunun qollarına Pərdis Fərcad-Azad və Uğur Pamuk, "Ağsu"nun qoluna Əli Bağırov imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər