"Sumqayıt" milli komandaya 2 qol vurdu

"Sumqayıt" milli komandaya 2 qol vurdu
"Sumqayıt"ın əvəzedici komandası 19 yaşadək milli komandamızla yoxlama oyunu keçirib. 
Fanat.az xəbər verir ki, "Dalğa Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"ın heyətində Emil Həsənzadə və Orxan Quliyev fərqlənib. 
Rövşən Babayevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı çərçivəsində yanvarın 16-da növbəti yoxlama oyununu keçirəcək. Komanda I divizion təmsilçisi "Qaradağ Lökbatan"ı qəbul edəcək. "Kapital Bank Arena"da baş tutacaq görüş saat 13.30-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər