"Sumqayıt" Kamerun yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi IV İslam Həmrəylik Oyunlarının iştirakçısı Kamerunun U-23 millisi ilə qarşılaşacaq.
Görüş mayın 5-də keçiriləcək.
Qeyd edək ki, Sumqayıt şəhər stadionunda baş tutacaq matç saat 18:00-da start götürəcək.
Fanat.Az