"Sumqayıt" ilk qələbəsini qazana biləcək?

"Sumqayıt" ilk qələbəsini qazana biləcək?
"Zirə" Premyer Liqanın XXVIII turunda "Sumqayıt"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi güclülər dəstəsinə cari mövsümdə çıxdığından komandalar arasında 4-cü matç baş tutacaq.
Bundan əvvəl baş tutan 3 oyundan 2-də "Zirə" qələbə qazanıb, digəri "sülh"lə bitib. Debütant rəqibindən 3 top artıq vurub - 5:2.
Paytaxtdakı yeganə qarşılamada hər iki komanda qol vurub, meydan sahibləri qalib gəlib.

13.09.2015

Sumqayıt – Zirə (Bakı)

0:0

07.11.2015

Zirə (Bakı) – Sumqayıt

3:2

06.02.2016

Sumqayıt – Zirə (Bakı)

0:2

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər