"Sumqayıt" iki futbolçusunu itirdi

"Sumqayıt" iki futbolçusunu itirdi
"Sumqayıt" iki futbolçusunun xidmətindən məhrum olub. Fanat.az xəbər verir ki, baş məşqçi Samir Abbasov növbəti turda Amit Quluzadə və Cəmil Hacıyevi oynada bilməyəcək.
Hər iki futbolçu cəzalı duruma düşüb. Amit Quluzadə "Qəbələ" ilə oyunun 84-cü, Cəmil Hacıyev 88-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Amit cari mövsümdə 4-cü, Cəmil 8-ci "sarı"nı alıb. Hər iki futbolçu XXII turun AZAL-la oyununu buraxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər