Premyer Liqanın yeni mövsümü üçün hazırlığını davam etdirən "Sumqayıt" əvəzedici komanda ilə yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan görüşdə əsas komanda 5:1 hesabı ilə qələbə qazanıb.
A komandasından qolları Vurğun Hüseynov, Ağabala Ramazanov, Slavik Alxasov, Murad Ağayev və Elnur Abdulov vurub, əvəzedicilərdən isə Əli Əlimərdanlı fərqlənib.
Qeyd edək ki, "Sumqayıt" son yoxalama oyununu avqustun 1-də səfərdə AZAL-a qarşı keçirəcək.
Fanat.az