"Sumqayıt" ərəblərlə qarşılaşacaq

"Sumqayıt" ərəblərlə qarşılaşacaq

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” qonşu ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Fanat.az xəbər verir ki, artıq komandanın ilk rəqibi də müəyyənləşib.  

Belə ki, "Sumqayıt" Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej" klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 15-də yerli vaxtla saat 17:00-da "Fənərbaxça" Topuk Yaylası İdman Kompleksində keçiriləcək. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan "Al Khaleej" klubu 1945-ci ildə yaradılıb və 2015/2016 mövsümünü 33 xalla 14 komanda arasında 7-ci pillədə başa vurub.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər