"Sumqayıt" debütantı yendi, "İnter"i aşağı endirdi

"Sumqayıt" debütantı yendi, "İnter"i aşağı endirdi

Bu gün Topaz Premyer Liqasında VII tur davam etdirilib. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə bir görüş keçirilib.

 

 

“Səbail” "Dalğa Arena"da “Suqmayıt”ı qəbul edib. Dünən paytaxt derbisində "İnter"in "Neftçi"yə 0:2 hesabıyla uduzması debütantla "kimyaçılar"ın duelinin daha gərgin alınacağını söyləməyə əsas verirdi. Qələbə qazanan tərəf 4-cü pilləyə yüksələcəkdi. Son 2 oyunda yenilgi acısı dadan "kimyaçılar" VI turda elitadakı 2-ci zəfərinə qovuşan Samir Əliyevin komandasını "dişinə görə yem" sayırdısa, bakılılar Samir Abasovun "drujina"sına təslim olmaq fikrində deyildi.

 

Salahlının vurduğu erkən qolla psixoloji üstünlüyü ələ keçirən qonaqlar fasilədən sonra da inamlı təsir bağışlayıb və üstünlüyünü Yunanovla artırıb. Qalan dəqiqələrdə bərabərliyi təmin edəcəyi  inandırıcı görünməyən "Səbail" yenilgiylə barışıb. 

 

 

Premyer Liqa 

2017/18 mövsümü

I dövrə, VII tur 

 

30 sentyabr 

"Səbail" - "Sumqayıt" 0:2

Qollar: Azər Salahlı,10; Amil Yunanov,60

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

“Dalğa Arena”

 

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 99. Maudo Jarjue

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Murad Ağayev, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 18. Adrian Popoviç, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev

Baş məşqçi: Samir Əliyev

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 28. Səbuhi Abdullazadə, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov

Baş məşqçi: Samir Abasov

1. Qarabağ550012-315

2. Zirə642012-514

3. Qəbələ641210-813

4. Sumqayıt73138-1010 

5. İnter62237-98

6. Səbail62046-66

7. Neftçi71155-94

8. Kəpəz71155-114

Bombardirlər: Mahir Mədətov (Qarabağ) - 5. Vüsal İsgəndərli (Zirə), Riçard Qadze (Zirə), Baqali Dabo (Qəbələ), Amil Yunanov (Sumqayıt) - 3.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər