"Sumqayıt" ayıbını yalanla örtmək istəyir

"Sumqayıt" ayıbını yalanla örtmək istəyir

"Sumqayıt" klubu rəsmi saytı ilə bəyanat yayıb. Fanat.az bəyanatı olduğu kimi təqdim edir:

"Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək ailəsinin yaşadığı Rusiyaya yola düşüb. Adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə məlumat verməyib. Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb.

Klubu olaraq bu cür halları pisləyirik. Futbolçu və onu təmsil edən tərəflər "Sumqayıt" FK ilə müvafiq qaydada bu məsələni tezliklə həll etməyəcəyi təqdirdə, klubumuz aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək.

Qeyd edək ki, Təvəkkül Məmmədovun 02.06.2014-cü ildə "Sumqayıt" FK ilə imzalanmış müqaviləsi 31.05.2016 tarixinədək qüvvədədi. Sazişin qüvvədə olduğu müddətdə adıçəkilən futbolçu FIFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.

Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, "Sumqayıt" Futbol Klubu yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FIFA) şikayət vermə hüququna malikdi".

"Sumqayıt" klubu bəyanatında Təvəkkül Məmmədovun "heç bir əsas olmadan" klubun düşərgəsini tərk etdiyini qeyd etsə də, əslində rusiyalı futbolçunun kifayət qədər böyük səbəbi olub. "Bakı" ilə Premyer Liqanın XXI turunda keçirilən oyunun start heyətində yer alan futbolçu tapşırığın qurbanına çevirilib. Belə ki, AFFA-dan "Sumqayıt"ın prezidentinə və baş məşqçisinə "Robert Prosinecki oyunu izləməyə gəlir, Orхan Əliyevi oynadın ki, bəyənilsin" tapşırığı gəlib. Bundan sonra Aqil Məmmədov Təvəkkülün adını start heyətidən çıхararaq Orхanı meydana buraхıb. Bunu özünə sığışdırmayan rusiyalı futbolçu da klubun düşərgəsini tərk edib. Həm Elхan Məmmədov, həm də Aqil Məmmədov bu хəbəri təkzib etsə də, deyilənlərin həqiqət olduğunu hər kəs bilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər