"Sumqayıt" Aqil Məmmədovu istefaya göndərdi

"Sumqayıt" Aqil Məmmədovu istefaya göndərdi
Dünən "Sumqayt"da klub prezidenti Kamran Quliyevin rəhbərliyi və Müşahidə Şurasının iştirakı ilə iclas keçirilib.
 
Fanat.az rekord.az-a istinadən xəbər verir ki, iclasda hazırkı baş məşqçi Aqil Məmmədovun istefaya göndərilmsi ilə bağlı qərar qəbul olunub. Onun yerinə isə əvəzedici komandanın baş məşqçisi Samir Abbasov təyin olunub.
"Sumqayıt"ın mətbuat xidmətini rəhbəri Rəşad Məmmədov məsələyə belə münasibət bildirib: "Aqil Məmmədov əslində birinci gün istefa ərizəsini yazıb rəhbərliyə təqdim edib. Ancaq məsələyə tam olaraq bu gün saat 15.00-da "Azərkimya"nın binasında keçiriləcək Müşahidə Şurasının iclasından sonra aydınlıq gələcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər