"Sumqayıt" 3 yeni futbolçuyla start verdi

"Sumqayıt" 3 yeni futbolçuyla start verdi

“Sumqayıt” istirahətini yekunlaşdıraraq hazırlığa başlayıb. Fanat.Az xəbər verir ki,  “gənclik şəhəri” təmsilçisi 2017-ci ilin ilk məşqinə Sumqayıtda çıxıb. Samir Abasovun komandası dəniz kənarında qaçmaqla bayram ab-havasından qurtulmağa çalışıb .

“Sumqayıt”ın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlığa gec qoşulacaq. Abasov əvəzedici komandanın 3 futbolçusunu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə qatıb. “Sumqayıt”ın növbəti məşqi sabah 11.00-da olacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər