"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

Futbol üzrə Portuqaliya çempionatında 2024/2025 mövsümü başa çatıb. 

Fanat.Az xəbər verir ki, çempion son turda müəyyənləşib.

Qızıl medallar uğrunda mübarizə  Lissabonun iki təmsilçisi - “Sportinq” və “Benfika” arasında gedib. Öz meydanında “Vitoriya” ilə qarşılaşan “aslanlar” 2:0 hesablı qələbə qazanaraq “Braqa” – “Benfika” (1:1) matçının nəticəsindən asılı olmayaraq, çempion titulunu qazanıblar. Komandalar müvafiq olaraq, 82 və 80 xal toplayıblar.

“Sportinq” ardıcıl ikinci, tarixində isə 21-ci dəfə Portuqaliya çempionluğuna imza atıb.

“Portu” 71 xalla mövsümü 3-cü pillədə başa vurub. “Braqa” (66 xal) 4-cü, “Santa Klara” (57 xal) isə 5-ci yeri tutaraq, Avropa kuboklarında oynamaq hüququ əldə ediblər.

Qeyd edək ki, “Sportinq”in isveçli forvardı Viktor Dyökereş 39 qollla Portuqaliya çempionatının ən sərrast futbolçusu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər