"Arsenal" heyətinə yeni futbolçu qatıb. Fanat.az xəbər verir ki, London klubu İsveç yığmasının üzvü Kim Kallstromla anlaşıb.
Qış fasiləsində transfer etmək niyyətində olmayan "Arsenal" fikrini son anda dəyişib. Buna səbəb Aaron Ramsey və Jak Uilşerenin zədələnməsindən sonra yarımmüdafiə xəttində yaranan boşluq səbəb olub. Klub rəhbərliyi Arsen Vengerin istəyi ilə Moskva "Spartak"ından Kim Kallstromu icarəyə götürüb.
Qeyd edək ki, 2012-ci ildən "Spartak"da çıxış edən Kim 39 oyunda 3 qol vurub. Əvvəllər İsveçin "Hacken", "Durqarden", Fransanın "Renn" və "Olimpik" (Lion) klublarında çıxış etmiş 31 yaşlı Kallstrom yığmada 108 oyun keçirib və 16 qol vurub.
Fanat.az