"Liverpul"un vingeri Luis Dias komandanın baş məşqçisi Arne Slotla iş birliyindən, niderlandlı mütəxəssisin taktiki məşqlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"Slotla münasibətimiz yaxşı idi və yaxşı olaraq qalır. O, futbolçunun hansı keyfiyyətini yaxşılaşdırmalı olduğuna xüsusi diqqət yetirir, oyunçunu müsbət addımlarına görə tərifləyir. Bu mənada çox yaxşı məşqçidir. Arne effektli oyun planları qurur. Siz bunun bizim nəticələrimizdə əksini tapdığını da görə bilərsiniz. İlk oyunlarımızda bir sıra keyfiyyətlərimizi ortaya qoymuşuq".
Xatırladaq ki, bu ilin yayında Yürgen Kloppu əvəzləyən Slot "Feyenoord"u İngiltərə klubuna dəyişib.
Nihat