İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Arsenal" "Mançester Siti"ni qəbul edib.
Hesabı 18-ci dəqiqədə qonaq komandadan David Silva açıb. 53-cü dəqiqədə isə Matyu Flamini bərabərliyi təmin edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Mançester Siti" 30 oyundan sonra 67 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider "Çelsi"dən 2 xal geri qalır ("Çelsi" 32 oyun keçirib). "Arsenal" isə 32 oyunda 64 xal toplayaraq 4-cü pilləni tutur.
Fanat.az