Premyer Liqanın bombardiri Draqan Çeran yayda "Simurq"u tərk edəcək. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, ona bir sıra klublardan sərfəli təkliflər gəlib.
Həmin klubların sırasında "Qəbələ"nin də adı var. Belə ki, yayda avrokuboklarda oynamağı hədəfləyən Qəbələ təmsilçisinin güclü hücumçuya ehtiyacı var. Qriqorçuk da bu boşluğu son vaxtlar əla formada olan Çeran da doldurmağı düşünür. Futbolçu özü isə hələlik bu məsələyə münasibət bildirmək istəmir.
Fanat.az