"Simurq" Premyer Liqanın XII turunda "Neftçi"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi artıq start heyətlərini açıqlayıb.
"Simurq"un baş məşqçisi Georgi Çixradze iki məcburi dəyişiklik etməli olub. Gürcü mütəxəssis ötən tur sarı vərəqə limitini dolduran Rəşad Eyyubovla zədəli Vüqar Mustafayevi heyətə sala bilməyib. Əvəzində Patrik Osiako və Ali Gökdemir ilk "11-lik"də yer alıb.
"Neftçi"nin baş məşqçisi Arif Əsədov isə start heyətində dəyişiklik etməyib. Çalışdırıcı AZAL-la oyundakı "11-liy"i bu dəfə də meydana buraxmaq qərarına gəlib.
Fanat.az