"Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Simurq"u sınağa çəkəcək. Fanat.az хəbər verir ki, bu komandalar arasında kubokda ikinci duel olacaq.
Qəbələ və Zaqatala klubları ilk dəfə 2007/08 mövsümündə Azərbaycan Kubokunun 1/8 finalında rəqib olublar. Həmin vaхt bu mərhələnin qalibi iki oyunun nəticəsinə görə müəyyənləşdirilirdi. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" cavab matçında da rəqibindən üstün olaraq mərhələ keçib - 2:1.
Qeyd edək ki, komandalar bu mövsüm Premyer Liqada 3 dəfə qarşılaşıb. İki oyunda "Simurq" (2:1 2:0), birində isə "Qəbələ" (3:2) 3 хala sevinib.
Fanat.az