Premyer Liqanın XXXVI turunun "Simurq" - "Neftçi" (0:0) oyunnudan sonra məşqçilər fikirlərini bildirib:
Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Mövsümün son oyununda qalib gəlmək istəyirdik. Oyun ağır keçdi. Rəqib azlıqda qalsa da, gərgin mübarizə oldu. Hər iki komandanın qol imkanları var idi, lakin imkanlardan faydalana bilmədik. Bu mövsüm bizimlə işləyən futbolçulara, azarkeşlərimizə təşəkür edirəm”.
Bəxtiyar Musayev (“Neftçi”nin məşqçisi): “Meydanda əsl mübarizə getdi. Hər iki komanda qələbə qazana bilərdi. Oyunu azlıqda başa vursaq da, məğlub olmadıq. Komandadan müəyyən qədər razıyıq, futbolçular əzmkarlıq göstərdilər. Bir sıra futbolçular heyətdə yox idi, bərabərlik də pis nəticə deyil”.
Fanat.az