"Simurq" Lənkərana etmədi, "Neftçi" "bürünc" qazandı

"Simurq" Lənkərana etmədi, "Neftçi" "bürünc" qazandı
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2014/2015 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra yarış başa çatıb.
Bu gün iki görüş baş tutub. "Neftçi" AZAL-a, "Bakı" "Qəbələ"yə qalib gəlib.
Son oyun günündə 3 görüşün keçirilməsi nəzərdə tutulsa da, "Xəzər Lənkəran" - "Simurq" görüşü baş tutmayıb. Buna Zaqatala təmsilçisinin maliyyə problemləri ilə əlaqədar Lənkərana getməməsi səbəb olub.
Qeyd edək ki, əvəzedicilərin yarışında “Sumqayıt”ı məğlub edən “İnter” qızıl medallara sahib çıxıb. “Simurq” ikinci olduğu halda, bürünc medalları “Neftçi” qazanıb.
Əvəzedici heyətlər
2014/15 mövsümü
IV dövrə, XXXVI tur
26 may
Sumqayıt - İnter 0:2
Qollar: Mirsahib Abbasov, 42. Azər Salahlı, 90.
27 may
Neftçi - AZAL 2:1
Qollar: Pərviz Qaraxanov, 56. Emil Həsənzadə, 88 - Ruslan Nəsirli, 28.
Qəbələ - Bakı 0:1
Qol: Mahir Mədətov, 35.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

İnter

32

19

6

7

73:38

63

2

Simurq

31

18

5

8

67:33

58

3

Neftçi

32

16

8

8

53:43

56

4

Qəbələ

32

14

7

11

46:43

49

5

Xəzər L

31

12

6

13

38:49

42

6

Bakı

32

11

4

17

46:56

37

7

Qarabağ

32

11

3

18

43:56

36

8

AZAL

32

7

9

16

34:50

30

9

Sumqayıt

32

7

8

17

43:75

29

 

Bombardirlər

Oruc Balaşlı (Simurq) - 21. Cavid Muxtarzadə (Neftçi) - 17. Raul Yaqubzadə (Bakı) - 16. Mirsahib Abbasov (İnter) - 14. Mirabdulla Abbasov (Neftçi) -13. Nicat Muxtarov (Simurq) - 10.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər