"Şeydayev "Neftçi" üçün əla transferdir" - Qriqorçuk

"Şeydayev "Neftçi" üçün əla transferdir" - Qriqorçuk

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin transferini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb:

“Çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

Qeyd edək ki, Ramil Şeydayev bu gün “Neftçi” ilə 3 illik müqavilə bağlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər