"Səbail"də cəzalı yoxdur, zədəli çoxdur - ADLAR

"Səbail"də cəzalı yoxdur, zədəli çoxdur - ADLAR

Misli Premyer Liqasını tərk edəcəyi rəsmiləşən "Səbail" çempionatın son turuna ciddi itkilərlə çıxacaq.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, 36-cı turda "Sumqayıt"ı qonaq edəcək komandanın 7 üzvü matçı buraxacaq. Cəzalı futbolçu yoxdur. Başqa sözlə, 7 futbolçu zədə səbəbindən meydana çıxmayacaq. Belə ki, Ayman Bouali, Cabir Əmirli, Gitay Sofir, David Qomis, Madi Queta, Yusif və Fərid Nəbiyev qardaşları sabahkı görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, "Səbail" - "Sumqayıt" qarşılaşması sabah, mayın 23-də baş tutacaq. "ASCO Arena"da keçiriləcək oyunun start fiti 19:30-da səslənəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər