"Səbail" "Sabah"la oyuna 4 itki ilə çıxacaq - ADLAR

"Səbail" "Sabah"la oyuna 4 itki ilə çıxacaq - ADLAR

Misli Premyer Liqasının 23-cü turunda "Sabah"ı qonaq edəcək "Səbail" "bayquşlar"la görüşə ciddi itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:

"Cəzalı futbolçumuz yoxdur. Əvəzində 4 oyunçu matçı buraxacaq. Belə ki, əməliyyat olunan Ayman Bouali, Amir Bilali və Cabir Əmirlidən başqa, müdafiəçi Marko Nikoliç də növbəti matçda zədə səbəbindən oynamayacaq". 

Qeyd edək ki, "Səbail" - "Sabah" qarşılaşması bazar ertəsi, fevralın 17-də baş tutacaq. "ASCO Arena"da keçiriləcək oyunun start fiti 19:00-da səslənəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər