"Səbail" bu həftə hazırlığa başlayır

"Səbail" bu həftə hazırlığa başlayır

"Səbail" növbəti mövsümün hazırlıqlarına bu həftə başlayacaq.

Fanat.Az xəbər verir ki, komandanın hazırlıq planı artıq dəqiqləşib.

"Dənizçilər" iyunun 27-də bir araya gələcək. Komanda bir həftə Bakıda hazırlıq keçdikdən sonra ölkəni tərk edəcək. Belə ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda iyulun 3-dən 18-nə kimi isə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olacaq. 

Ölkə xaricindəki toplanış çərçivəsində bir neçə yoxlama görüşü planlaşdırılıb. Konkret, iyulun 11-də I Liqa təmsilçisi “Ərzurumspor”, 13-də isə Super Liqa komandası “Hatayspor” komandaları ilə oyunlar nəzərdə tutulub. Sonucu rəqib və oyunların başlama vaxtı yaxın günlərdə bilinəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər