"Səbail" 2 legionerlə anlaşdı

"Səbail" 2 legionerlə anlaşdı

"Səbail" klubu heyətinə 2 yeni oyunçu cəlb edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi legioner futbolçularla anlaşıb.

Braziliyalı Afons dayaq yarımmüdafiəçisidir. Mustafa adlı qanalı isə hücumameylli yarımmüdafiəçi ampluasındadır. 

Xatırladaq ki, ötən mövsüm Premyer Liqada sonuncu yeri tutan "Səbail" 1-ci Liqaya yuvarlanıb. I Liqaya sentyabrın 11-də start veriləcək. "Səbail" ilk turda "Mingəçevir"i qonaq edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər