Yeni mövsümə hazırlaşan "Şahdağ" yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, Qusar təmsilçisi "Sumqayıt"ın əvəzedici heyəti ilə qarşılaşıb.
4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. "Şahdağ" növbəti yoхlama oyununu iyulun 28-də "Neftçala"ya qarşı keçirəcək. "Bayıl Arena"da baş tutacaq matç saat 19.00-da başlayacaq.
Fanat.az