"Sabah"ın hücumçusu yeniyetmə futbolçularla görüşdü

"Sabah"ın hücumçusu yeniyetmə futbolçularla görüşdü

"Sabah"ın əsas komandasının üzvü Namik Ələskərov klubun futbol akademiyasının U-14 və U-15 komandalarının futbolçuları ilə görüşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Namik yeniyetmə oyunçularla söhbət edib, öz məsləhətlərini verib, onların suallarını cavablandırıb.

Görüşdə "Sabah" akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənov, həmçinin U-14 və U-15 komandalarının baş məşqçiləri İlqar Mənsimov və Şahin Zeynalov da iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər