"Sabah"ın futbolçusu Almaniyada əməliyyat olundu

"Sabah"ın futbolçusu Almaniyada əməliyyat olundu

"Sabah" klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər