"Sabah" sabiq legionerini qaytardı

"Sabah" sabiq legionerini qaytardı

"Sabah" klubu sabiq futbolçusu Coy-Lens Mikelsi qaytarıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı vingerlə "1+1" illik müqavilə bağlanıb.

Mikels 2021-2023-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Coy-Lens Mikels Bakı klubunun heyətində ən çox qol (69 oyun, 33 qol) vuran futbolçudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər