"Sabah" ölkə xaricinə yollanır - "PSJ, "Ayaks" kimi klubların qatılacağı turnirdə oynamaq təklifi almışıq"

"Sabah" ölkə xaricinə yollanır - "PSJ, "Ayaks" kimi klubların qatılacağı turnirdə oynamaq təklifi almışıq"

"Sabah" klubunun aşağı yaş qrupları üzrə komandaları 2025-ci ildə bir neçə beynəlxalq turnirə yollanacaq.  

Bu barədə Fanat.Az-a Bakı klubunun Futbol Akademiyasının koordinatoru Təbriz Həsənov məlumat verib. Klub rəsmisi İspaniya, Türkiyə, Gürcüstan, Rusiya və daha bir neçə ölkədən dəvət aldıqlarını bildirib:

"Sabah" ölkə xaricinə yollanır - "PSJ, "Ayaks" kimi klubların qatılacağı turnirdə oynamaq təklifi almışıq"

"Hər il olduğu kimi, aşağı yaş qrupları üzrə komandalarımızın müxtəlif turnirlərdə iştirakı gözlənilir. Bir neçə ölkədən dəvət almışıq. Hazırda onları dəyərləndiririk. Fevralda Gürcüstana səfər nəzərdə tutulub. Tengiz Sulakvelidzenin Akademiyasının təşkil edəcəyi turnirə qatılmağı planlaşdırırıq. Ötən il də ora getmişdik, həm biz, həm də "Qarabağ".  Türkiyədə İzmir, Antalya və Rizede turnirlər olacaq. Apreldə İzmirdə "VİNA Football" yarışına dəvət almışıq. Oraya PSJ, "Ayaks", "Kopenhagen", "Altınordu" kimi klubların komandaları gələcək.      

"Sabah" ölkə xaricinə yollanır - "PSJ, "Ayaks" kimi klubların qatılacağı turnirdə oynamaq təklifi almışıq" May ayında Antaliyada "Junior World Cup" olacaq. İyunda isə İspaniyanın paytaxtı Madriddə "MadCup" keçiriləcək. Ora ötən yay U-10 komandamızı göndərmişdik.

"Sabah" ölkə xaricinə yollanır - "PSJ, "Ayaks" kimi klubların qatılacağı turnirdə oynamaq təklifi almışıq" İyunun sonunda isə "Rize Cup" turnirinə qatılmağı planlaşdırırıq. Hansı yaş qrupu üzrə komandanın hansı turnirə göndərilməsinə isə götür-qoy etdikdən sonra qərar verəcəyik. Həmişə çalışırıq ki, bütün komandalarımız üçün bu fürsət yaradılsın. Klub rəhbərliyi uşaq komandalarının indidən beynəlxalq oyun təcrübəsi qazanmasına böyük önəm verir".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər