"Sabah" liderlə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Sabah" liderlə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 17-ci turunda lider "Araz-Naxçıvan"ın qonağı olacaq "Sabah"ın liderlə oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Cəzalı futbolçumuz yoxdur. İvan Lepinitsa zədəli olduğu üçün "Araz-Naxçıvan"a qarşı oynaya bilməyəcək". 

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək  "Araz-Naxçıvan" - "Sabah" matçının start fiti 16:30-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər