"Sabah" ÇL-də uduzduğu komandaya yenidən rəqib oldu

"Sabah" ÇL-də uduzduğu komandaya yenidən rəqib oldu

“Sabah” basketbol komandasının FIBA Avropa Kubokunun qrup mərhələsindəki ilk rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələsində məğlub olduğu İsveçin “Norrçepinq Dolfins” kollektivi ilə qarşılaşacaq.

Paytaxt təmsilçisinin növbəti iki rəqibi daha sonra məlum olacaq.

Qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər