"Rəvan" "Qalatasaray" və "Beşiktaş"la qarşılaşacaq

"Rəvan" "Qalatasaray" və "Beşiktaş"la qarşılaşacaq
U-12 komandaları arasında İzmirdə beynəlxalq turnir keçiriləcək. Fanat.az xəbər verir ki, "Altınordu"nun təşkitlatçılığı ilə keçiriləcək yarışda Azərbaycan da təmsil olunacaq.
Belə ki, turnirdə Türkiyədən "Altınordu", "Beşiktaş", "Qalatasaray", "Bursaspor", Danimarkadan "Nordsaelland" və Azərbaycandan "Rəvan"ın U-12 komandaları iştirak edəcək. Yarışın açılış mərasimi yanvarın 29-da keçiriləcək və ilk oyunda "Rəvan"la "Bursaspor" qarşılaşacaq. Bakı klubu eyni gündə "Qalatasaray" və "Beşiktaş"la da qarşılaşacaq. Turnir yanvarın 30-da başa çatacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər