"Rəvan" "Neftçi" və "İnter"in sabiq üzvünü Azərbaycana qaytarır. Fanat.az xəbər verir ki, paytaxt klubu Dmitri Kruqlovla danışıqlara başlayıb. Hazırda klubsuz olan eston müdafiəçi böyük ehtimalla yaxın günlərdə ölkəmizə gələcək.
Qeyd edək ki, "Neftçi" Kruqlovu 2007/08 mövsümünün ikinci yarısında Moskva "Lokomotiv"indən icarəyə götürüb (10 oyun, 2 qol). Daha sonra isə Bakı klubuna transfer olunan futbolçu 2010-adək "ağ-qara" formanı geyinib (53 oyun, 3 qol). 2010-cu ildə "İnter"ə keçən eston müdafiəçi bir mövsüm bu klubun uğurları üçün çalışıb (39 oyun, 2 qol). Ölkəmizdən ayrıldıqdan sonra bir mövsüm "Rostov"da çıxış edən Kruqlovuns on iş yeri Estoniyanın "Levadiya" klubu olub.
Müdafiəçi Azərbaycana gəlməzdən əvvəl vətənində "Tallin JK-83", "Emmaste", "Tallinn", "Levadiya", "M.C. Tallinn", Rusiyada "Lokomotiv" (Moskva), "Kuban" və "Torpedo" (Moskva) klublarında top qovub. O, Estoniya yığmasında 90 oyun keçirib və 2 qol vurub.
Fanat.az