"Real" və "Barselona"nın istədiyi futbolçu "Qalatasaray"da

"Real" və "Barselona"nın istədiyi futbolçu "Qalatasaray"da

"Qalatasaray" transfer çalışmalarına başlayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu 17 yaşlı Sidika Mayqanı heyətinə qatır.

17 yaşadək futbolçulardan ibarət Mali millisinin üzvü artıq İstanbuldadı. Gənc istedad klubun Floryadakı bazasında məşqlərə qatılır. Onunla yaxın günlərdə müqavilə imzalanacağı deyilir. 

Sol cinah futbolçusu olan Mayqa sac cinahda və yarımmüdafiənin mərkəzində çıxış etmək bacarığı da var. Bu il Çilidə keçrilən 17 yaşadək futbolçular arasında dünya çempionatında iştirak edən və 3 qol vuran futbolçu gümüş medal qazanıb. Onun komandası finalda Nigeriyaya uduzub.

Mayqa gənc istedadları heyətinə qataraq yetişdirən və rekord məbləğə satan "Portu" ilə anlaşma əldə edib. Amma razılaşma son anda açıqlanmayan səbəblərdən pozulub və o, "Qalatasaray"a üz tutub.

Çilidəki dünya çempionatında dünya nəhənglərinin diqqəti onun üzərində olub. Hətta "Real" və "Barselona"nın skautları da Mayqanı izləyib. Hazırda bu iki klubun da onu heyətinə qatmağa çalışdığı deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər