"Real" "Qalatasaray"dan üstün oldu - VİDEO

"Real" "Qalatasaray"dan üstün oldu - VİDEO

"Real"ın hər il təşkil etdiyi "Bernabeu Kuboku" baş tutub. Fanat.az хəbər verir ki, ötən gecə keçirilən oyunda Madrid klubu "Qalatasaray"ı sınağa çəkib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə Naço açıb. 53-cü dəqiqədə "Qalatasaray"dan Uesli Sneyder bərabərliyi təmin edib. 81-ci dəqiqədə isə Marselo "Real"ın qələbə qolunu vurub.

Qeyd edək ki, "Real" hər yay hazırlıq dönəmində sabiq prezidenti Santyaqo Bernabeunun adını daşıyan kubok keçirir. "Kral Klubu" doğma meydanda adlı-sanlı bir klubla qarşılaşır. Bu il "Bernabeu Kuboku"nda "Portu"nun iştirakı nəzərdə tutulsa da, sonradan Portuqaliya klubunu "Qalatasaray" əvəzləyib. 

"Qalatasaray" 2011-ci ildə "Bernabeu Kuboku"nda iştirak edib və "Real"a 1:2 hesabı ilə uduzub. Bundan sonrakı illərdə "Millonarios"u (Kolumbiya) 8:0 və "Əl Sadd"ı (Qətər) 5:0 hesabı ilə yenən Madrid klubu ötən il kuboku təşkil etməmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər