"Real" birinci, "Qalatasaray" 18-cidi

"Real" birinci, "Qalatasaray" 18-cidi

Madrid "Real"ı 2013/14 mövsümləri üçün gəlirlərinə görə dünyada 1-ci olub. Fanat.az xəbər verir ki, "Kral klubu" Deloitte auditor kompaniyasının hesablamalarına əsasən ilk sıranı "zəbt" edib.

Mövsümün yekunlarına görə Madrid təmsilçisinin gəliri 549,5 milyon avro təşkil edib. Bu, ötən mövsümlə müqayisədə 30,6 milyon daha çoxdu.

Qeyd edək ki, "Real" artıq 10-cu ildir ki, ardıcıl olaraq dünyanın bütün klublarını bu göstəricidə qabaqlayırlar.

Dünyanın ən varlı 20 klubu

1. "Real" - 549,5

2. "Mançester Yunayted" (İngiltərə) - 518

3. "Bavariya" (Almaniya) - 487,5

4. "Barselona" (İspaniya) - 484,6

5. PSJ (Fransa) - 474,2

6. "Mançester Siti" (İngiltərə) - 414,4

7. "Çelsi" (İngiltərə) - 387,9

8. "Arsenal" (İngiltərə) - 359,3

9. "Liverpul" (İngiltərə) - 305,9 

10. "Yuventus" (İtaliya) - 279,4

11. "Borussiya" (Dortmund, Almaniya) - 261,5

12. "Milan" (İtaliya) - 249,7

13. "Tottenhem" (İngiltərə) - 215,3

14. "Şalke" (Almaniya) - 213,9

15. "Atletiko" (ispaniya) - 169,9

16. "Napoli" (İtaliya) - 164,8

17. "İnter" (İtaliya) - 164

18. "Qalatasaray" (Türkiyə) - 161,9

19. "Nyukasl" (İngiltərə) - 155,1

20. "Everton" (İngiltərə) - 144,1

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər