"Real" 27 illik rekordunu təkrarladı

"Real" 27 illik rekordunu təkrarladı

"Real" 27 illik rekordunu təkrarlayıb. Fanat.Az xəbər verir ki, "Kral Klubu" məğlubiyyətsiz oyunlar seriyasını 34 oyuna çatdırıb.

Zinəddin Zidanın başçılıq etdiyi kollektiv ötənaxşam Çempionlar Liqasında "Borussiya" ilə "sülh"ə razılaşıb. Bununla da komanda ardıcıl 34 oyunda meydanı məğlubiyyətsiz tərk edib.

"Real" sonuncu dəfə 34 oyunluq seriyaya Leo Beenhakkerin rəhbərliyi altında imza atmışdı. Bu 1988-ci ilin oktyabr ayından 1989-cu ilin aprel ayına qədər baş vermişdi. Zinəddin Zidanın "Real"ı isə bu ilin aprelindən məğlub olmur.

Hazırkı komanda 34 oyundan 25-də qələbə qazanıb, 9-da heç-heçə edib, 95 qol vurub, 32-sini buraxıb. Leo Beenhakkerin "Real"ı da 25 qələbə qazanmış, 9-u heç-heçə etmiş, 86 qol vuraraq, 35-ini buraxmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər