"Qəbələ"yə gələcəyi deyilən futbolçu rus klubunda

"Qəbələ"yə gələcəyi deyilən futbolçu rus klubunda
Ukrayna millisinin üzvü Yevgeni Seleznyovun yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, 30 yaşlı hücumçu Rusiyanın "Kuban" klubuna keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seleznyovun müqaviləsinin detalları barədə açıqlama verməyib.
Qeyd edək ki, karyerası ərzində Ukraynanın "Şaxtyor", "Arsenal" və "Dnepr" klublarında çıxış etmiş futbolçunun ötən il "Qəbələ"yə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər